Dekameron

"Dekameron"
Il Decamerone
Azərbaycanca son nəşrinin üz qabığı
Azərbaycanca son nəşrinin üz qabığı
Müəllif Covanni Bokkaçço
Janr roman
Orijinalın dili italyan dili
Ölkələr
Orijinalın nəşr ili 1348–1351[1]
Tərcüməçi Beydulla Musayev  (az.)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Dekameron" (it. Il Decamerone, mənası "ongünlük"; yun. δέκα — "on", ἡμέρα — "gün" sözlərindən) — XIV əsr italyan yazıçısı Covanni Bokkaçço (1313–1375) tərəfindən yazılmış, Şahzadə Qalehaut (it. Prencipe Galeotto) altyazılı novellalar toplusudur. Roman bir-birindən fərqli 100 novelladan ibarətdir ki, həmin novellaları da Florensiyanı bürümüş Qara ölümdən qaçaraq şəhər kənarında bir villada məskunlaşmış, yeddisi qız, üçü oğlan olmaqla 10 gənc söyləyir.

Ehtimal ki, Bokkaçço Dekameronu 1348-ci il epidemiyasından sonra yazmağa başlamış və 1353-cü ildə tamamlamışdır. Dekameronun tərkibinə erotikadan tutmuş tragediyaya kimi müxtəlif məzmunlu novellalar daxildir. Novellalar sətiraltı məna, praktik zarafatlar və həyat dərsi xarakterli məlumatlarla zəngindir.

Böyük ədəbi dəyəri və geniş təsir dairəsi ilə yanaşı (məsələn Çoserin Kenterburi Nağılları), Dekameron həm də həmin dövrdə insanların həyat tərzi ilə bağlı dəyərli mənbə hesab edilir. İtalyan dilinin Florensiya ləhcəsinin jarqon versiyasında yazılmış Dekameron, erkən İtalyan nəsrinin şah əsəri hesab edilir.[2]

  1. Хлодовский. Р. И. Джованни Боккаччо и новеллисты XIV века Arxivləşdirilib 2008-03-17 at the Wayback Machine // История всемирной литературы. — Т. 3. — М., 1985. — С. 77-88
  2. Giovanni Boccaccio: The Decameron. // Britannika Ensiklopediyası. 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2014.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search